Sabiq İran səfiri İran-Azərbaycan münasibətlərinə toxunub
2023-07-21 14:20:00
İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin böhran vəziyyətində olan İran-Azərbaycan münasibətlərinin müsbət perspektivindən danışıb. Sabiq diplomat fikrini, "İran XİN başçısının Bakıya səfərindən sonra müsbət tendensiya yaranıb", cümlələri ilə ifadə edib.
Pakayin fikrini “Tvitter”də belə ifadə edib:
“İran xarici işlər naziri Abdullahiyanın Bakıya səfərindən sonra (ikitərəfli əlaqələrdə) müsbət tendensiya başlayıb və Astarada İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib. Astaraçay sərhəd körpüsünün tikintisi başa çatıb və növbəti dörd ay ərzində yeni sərhəd terminalı istifadəyə veriləcək. Xudafərin və Ordubad su bəndləri ilə bağlı problem həll olunur”.
Ülviyyə, Hurriyyet.az