📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq millət vəkilinin nəvəsi cüdo yarışlarında 1-Cİ YERİ QAZANDI - FOTO

2024-03-07 13:12:46

Sabiq millət vəkilinin nəvəsi cüdo yarışlarında 1-Cİ YERİ QAZANDI - FOTO

"5 Mart Bədən Tərbiyyəsi və İdman Günü" münasibətilə azyaşlılar və yeniyetmələr arasında cüdo üzrə idman yarışı keçirilib. Hurriyyet.az xəbər verir ki, yarışda 30 kq çəki dərəcəsində Adnan Əliyev 1-ci yerin sahibi olub.

Qeyd edək ki, yeniyetmə cüdoçu qalib gəlməsi münasibətilə “Çempion idman klubu”nun direktoru E.Mayılov tərəfindən diplomla təltif olunub. Eyni zamanda, 1-ci yerə sahib olan idmançıya kubok təqdim olunub. Məlumat üçün bildirək ki, Adnan Əliyev sabiq millət vəkili, Müdafiə Nazirliyi Mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun nəvəsidir.

Jalə FAMİLQIZI,

Hurriyyet.az