Sabiq nazir pulları meşədə BASDIRIBMIŞ: 5 aparat 8 saata saya bilmədi - ŞOK GÖRÜNTÜLƏR!
Macarıstanın hüquq-mühafizə orqanları korrupsiya ittihamı ilə həbs edilmiş ölkənin keçmiş milli inkişaf naziri Mikloş Şestaka məxsus ünvanlarda ümumi məbləği 20 milyon dollar təşkil edən nağd pul vəsaiti aşkarlayıb.
Hurriyyet.net Macarıstanın MTI agentliyinə istinadən xəbər verir ki, sabiq nazir 2026-cı ilin sentyabr ayının sonunda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına yerləşdirilib.
O, 2014-2018-ci illərdə Viktor Orban hökumətində milli inkişaf naziri vəzifəsində çalışıb.
İstintaqın versiyasına görə, Şestak həmin dövrdə dövlət avtobus daşıyıcısı olan “Volánbusz” şirkəti ilə əlaqəli firmalardan rüşvət alıb.
Noyabrın 12 və 13-də istintaq orqanları Budapeşt, Peşt, Bekeş və Noqrad bölgələrində bir neçə ünvanda axtarışlar aparıb, nəticədə keçmiş nazirə məxsus olduğu ehtimal edilən külli miqdarda nağd pul müsadirə edilib.
İki gün davam edən əməliyyat zamanı 5 milyard forintdən çox (15 milyon dollar), 2,6 milyon avro və 1,2 milyon dollar nağd vəsait tapılıb.
Məlumata görə, pullar meşədə basdırılmış halda, kənd təsərrüfatı tikililərində, anbarlarda və yaşayış evində gizlədilib.
Maliyyə naziri Andraş Karman bildirib ki, müsadirə olunan nağd pulların sayılması üçün Dövlət Xəzinədarlığının əməkdaşlarına 8 saat vaxt və 5 ədəd pulsayma aparatı lazım gəlib.
Musavat.com

