Sabiq rektordan Məleykə Abbaszadənin DİM-dən getməsinə REAKSİYA
Ölkə Prezidentinin sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri vəzifəsindən azad edilib. Digər sərəncamla o, Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub.
Məleykə Abbaszadənin 26 ildən sonra DİM rəhbərliyindən getməsi ictimaiyyətin bir sıra nümayəndələrində narahatlıq yaradıb. Belə ki, onun test üsulunun qorunub saxlanılmasında mühüm rol oynadığı düşünülür. İndi isə Məleykə Abbaszadənin qurumdan ayrılmasından sonra ali məktəblərə qəbul qaydalarının dəyişdirilə, hətta test üsulunun ləğv oluna biləcəyi ilə bağlı ehtimallar səsləndirilir.
Modern.az xəbər verir ki, “Azərbaycan” Universitetinin sabiq rektoru, keçmiş deputat Səlahəddin Xəlilov Məleykə Abbaszadənin vəzifədən azad edilməsinə münasibət bildirib.
O, yeni təyinatla bağlı sevinənlərin çox olduğunu qeyd etməklə yanaşı, Məleykə Abbaszadənin DİM-dən getməsinin mümkün nəticələrinə diqqət çəkib:
“Yeni təyinatla bağlı sevinənlər çoxdur. Amma Məleykə xanımın DİM-dən getməsinin necə bir itki olduğunu və belə böyük səlahiyyətlərə malik bu qurumun taleyini düşünsək: o səviyyədə etimad qazana biləcək bir kadrın tapılması asanmı olacaq?”