Sabiq şöbə müdiri icra hakimiyyətini məhkəməyə verdi
2024-04-03 09:55:56
Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.
Hurriyyet.az xəbər verir ki, vətəndaş Zülfüqar Firudin oğlu İsgəndərov icra hakimiyyəti ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciəti edib.
Əmək məsələləri - əməkhaqqının hesablanması ilə bağlı mübahisəli olan iş hakim Gülşən Əliyevanın icraatına verilib.
Qeyd edək ki, Z.İsgəndərov icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub.
pravda.az