📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq Ukrayna rəsmisi Arestoviç: Qərb Ukraynada "iki Koreya" ssenarisini həyata keçirməyə hazırdır

2023-02-07 10:54:00

Sabiq Ukrayna rəsmisi Arestoviç:  Qərb Ukraynada

Ukraynanın Rusiyaya qarşı hərbi qələbə üçün gücü və imkanları yoxdur, ona görə də Qərb ölkələri regionda “iki Koreya” konsepsiyasını həyata keçirməyə hazırdır. Bunu Ukrayna prezident aparatının keçmiş müşaviri Aleksey Arestoviç bildirib. Bu ssenarinin mümkün icrası çərçivəsində Arestoviç Ukraynanı Cənubi Koreya ilə müqayisə edib.
"Qələbə üçün NATO silahlarına malik 400 min mükəmməl təlim keçmiş əsgər lazımdır. Bizdə bu varmı? Qərb də eyni şəkildə düşünür və biz onlardan tamamilə asılıyıq. Qərb nə etməlidir? İki Koreya ssenarisi. Zəmanətə alınmış Cənubi Koreya yaratmaq", deyə Arestoviç bildirib.

Ülviyyə, Hurriyyet.az