📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiqi öldürüb dərəyə atmaqda şübhəli bilinən şəxs saxlanıldı

2026-02-08 21:50:32

Sabiqi öldürüb dərəyə atmaqda şübhəli bilinən şəxs saxlanıldı

Göygöldə 40 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, bir neçə gün öncə Göygöl rayon Molla Cəlilli kəndi ərazisindəki dərədə meyiti aşkarlanan şəxsin qətlində şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dörd gün əvvəl 1986-cı il təvəllüdlü kənd sakini Sabiq Quliyevin meyiti kəndin ərazisində dərəyə atılmış vəziyyətdə aşkarlanıb.