📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabirabad polisi pirotexniki vasitələri müsadirə etdi

2023-12-26 14:01:15

Sabirabad polisi pirotexniki vasitələri müsadirə etdi

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakini Ş.Abusovun qeyd edilən qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq pirotexniki vasitələrin satıldığı müəyyən edilib.

Sonuncu tərəfindən satılan pirotexniki vasitəsilər şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.