📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabirabadda 16 yaşlı qıza sataşan həbs olundu

2026-10-02 19:58:51

Sabirabadda 16 yaşlı qıza sataşan həbs olundu

Sabirabadda yeniyetmə qıza sataşan həbs olunub.

Hadisə şəhərin Heydər Əliyev prospektindəki dayanacaqda qeydə alınıb.

28 yaşlı Rüstəm Kərəmov (şərti adla) dayanacaqda 16 yaşlı qızdan əvvəlcə saatı soruşub, sonra isə öz yerini ona verib. İkinci gün də eyni hərəkəti edib, lakin bu dəfə qız onun yerinə oturmayıb və etiraz edib. Zərərçəkənin anasının sözlərinə görə, qızı oturmayanda Rüstəm “cəhənnəmə otur” deyib. Bundan sonra qız ağlaya-ağlaya evə gəlib. Anası da öz avtomobili ilə həmin dayanacağa gəlib və qızı Rüstəmi əli ilə göstərərək, onu narahat etdiyini bildirib. Qızın anası Rüstəmdən etdiyi hərəkətlərin səbəbini soruşanda o, sərxoş halda nalayiq ifadələr işlədib və heç nə etmədiyini deyib.

Bundan sonra qadın polisə şikayət edib. Şikayət əsasında R. Kərəmov saxlanılıb və barəsində xırda xuliqanlıq maddəsilə protokol tərtib olunub.

R. Kərəmov isə sadəcə olaraq, qız uşağına dayanacaqda yer vermədiyini bildirib. Onun sözlərinə görə, bu hərəkəti pis anlaşıldığı üçün qızın valideyni ilə mübahisə edib və polisə şikayət olunub.

Məhkəmə araşdırması zamanı Rüstəmin ictimai qaydanı pozduğu fakt təsdiqini tapıb.

Onun barəsində 8 gün müddətinə inzibati həbs qərarı verilib./Lent.az