📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabirabadda ikimərtəbəli çay evində yanğın baş verib

2024-06-02 10:01:20

Sabirabadda ikimərtəbəli çay evində yanğın baş verib

Hurriyyet.az

Sabirabad rayonunun Qalağayın kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli çay evinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.