📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabirabadda özünü yandıran qazi vəfat etdi

2022-07-12 09:36:00

Sabirabadda özünü yandıran qazi vəfat etdi

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.

Hurriyyet.az xəbər verir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.