📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabitliyə təhlükə yaranarsa, NATO qüvvələri Kosovoda... - Stoltenberq

2022-08-18 00:19:00

Sabitliyə təhlükə yaranarsa, NATO qüvvələri Kosovoda... - Stoltenberq

"NATO-nun bayrağı altında fəaliyyət göstərən Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) regionda sabitliyə təhlükə yaranacağı təqdirdə vəziyyətə müdaxilə etməyə hazırdır".

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“KFOR, BMT mandatı əsasında, sabitliyə təhlükə yaranarsa müdaxilə etməyə hazırdır”, - o deyib.

Y.Stoltenberq jurnalistlərin hazırda eskalasiya riskinin olub-olmaması ilə bağlı sualını da cavablandırıb: “Risk hər zaman var, ona görə də bu danışıqları aparmağımız vacibdir. Eskalasiyanın qarşısını almaq üçün hər şey edilməlidir. NATO öz üzərinə düşəni edir. Ən yaxşısı gərginliyin qarşısını almaqdır, lakin lazım gələrsə, hərəkətə keçməyə hazırıq”. \\Publika