Şabranda çay daşdı: 30 evin sakinləri təxliyə edildi
2025-04-16 16:26:41
Şabranda çay daşıb.
Hurriyyet.az xəbər verir ki, Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub. Fövqaladə vəziyyət Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində baş verib.
Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.
Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.