Şabranda kolbasa sexində yanğın olub, xəsarət alan var
2024-08-10 19:45:27
Şabran şəhərində kolbasa sexinin ərazisində ümumi sahəsi 20 m² olan tikilinin içərisində quraşdırılan elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 5 p.m. elektrik kabeli yanıb.
Bu barədə "Hurriyyet.az"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.