Şabranda qatarla traktor toqquşdu - Ölən var
2023-03-25 09:57:00
Şabranda qatarla traktor toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.
Araşdırma aparılır.