📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şabranda sel nəticəsində ölənlərin sayı 3-ə çatdı

2025-04-18 23:05:08

Şabranda sel nəticəsində ölənlərin sayı 3-ə çatdı

Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.

Meyiti tapılan şəxsin “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.

Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir.

Fakt araşdırılır.

Məlumata görə, onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub.//APA