📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabunçu rayonunda marketin anbarında yanğın olub - VİDEO

2024-03-19 09:12:34

Sabunçu rayonunda marketin anbarında yanğın olub - VİDEO

Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.

Hurriyyet.az xəbər verir ki, hadisə “Zabrat-1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin altı texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Oxu.az