“Sabunçu” xəstəxanasından orada ana olan 15 yaşlı qızla bağlı AÇIQLAMA
2022-06-06 13:39:00
Xəzər rayonu Türkan qəsəbə sakini 14 yaşlı yeniyetmənin iki il əvvəl 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha girdiyini, 15 yaşında isə 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) ana olduğunu yazmışdıq.
Həmçinin məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlamışdıq.
Adıçəkilən qurum həqiqətən də azyaşlının həmin xəstəxanada ana olduğunu təsdiqləyib:
“Nəcəfova Səadət Azər qızı ötən il may ayının 9-da 3 saylı Şəhər Klinik Xəstəxanasına qəbul olunub və 2 kq 300 qram uşaq dünyaya gətirib. Xəstəxanadan rayon polis bölməsinə bu barədə məlumat verilib və sistemdə də var”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən saytımıza sözügedən olayın araşdırıldığı deyilib.
Bizim.Media