📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabunçuda 70 min manatlıq naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

2026-08-07 13:18:05

Sabunçuda 70 min manatlıq naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Sabunçu, Xəzər, eləcə də Abşeron rayonlarında müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin müxtəlif vaxtlarda gecə saatlarında qeyd olunan ərazilərdən keçən elektrik naqillərini sökərək oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.