Sabunçuda əməliyyatlar: 44 narkotacir tutuldu
2023-07-06 12:36:00
Sabunçu polisi Ləhiş bağları, Maştağa, Nardaran və Ramanada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirib.
Hurriyyet.az DİN-ə istinadla xəbər verir ki, iyun ayında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 44 nəfər saxlanılıb.
2023-cü ilin əvvəlindən Sabunçu rayonunda 48 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.