📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saçının bir teli minlərlə dollara satıldı

2026-11-22 21:30:02

Saçının bir teli minlərlə dollara satıldı

ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun saçının bir teli hərracda 4 min dollara satılıb.

Modern.az xəbər verir ki, saç 1798–1799-cu illərdə Vaşinqtonu İsgəndəriyyədəki mehmanxanasında qəbul edən Con Qedsbi tərəfindən qızılı çərçivəyə yerləşdirilib. Hərracın qalibi isə Qedsbinin nəslindən olan kolleksiyaçı Con Lattimer olub.

Qedsbinin nəvəsi Culiya Ten Eyik Makbler saçın babasına Vaşinqtonla dostluğunun xatirəsi kimi 1928-ci ildə hədiyyə edildiyini bildirib.

Qeyd edək ki, Qedsbi Vaşinqtonu 1799-cu ildə ölümündən bir qədər əvvəl, Maunt-Vernondakı evində vəfat etməzdən öncə şam yeməyində də qəbul edib.