Şad xəbər! Omikron peyvəndi gəlir! 4-cü doza vurulacaqmı?
2022-01-11 18:48:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, bütün dünyanı təsirinə alan Omikron variantına qarşı xüsusi peyvəndin iki ay içərisində hazır olacağı bildirilib.
“Pfizer” şirkətinin baş direktoru Albert Burla Kovid-19 virusunun Omikron varinatına qarşı peyvəndin mart ayında hazır olacağını və şirkətin kütləvi istehsala başlayacağını bəyan edib. Burla çox güclü müdafiəyə malik peyvənd əldə ediləcəyinə ümidvar olduğunu bildirib. O, dördüncü dozanın lazım olub-olmadığı sualının dəqiq cavabını bilmədiyini də söyləyib. Bunun üçün klinik təcrübələr aparılacağını xəbər verib.
Hürr Tərcüman