📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şadam ki, Ermənistanla bağlı iki qərar verdik - Borrell

2024-07-23 14:33:17

Şadam ki, Ermənistanla bağlı iki qərar verdik - Borrell

Avropa Birliyi Şurası Ermənistanla tərəfdaşlığın gələcək inkişafına töhfə verəcək iki mühüm qərar qəbul etdi. Biz ilk dəfə olaraq Ermənistana 10 milyon avro məbləğində (Avropa Sülh Fondundan hərbi yardım – red.) dəstək verilməsi barədə qərar qəbul etmişik. Biz Ermənistanla vizaların liberallaşdırılması ilə bağlı dialoqa başlamaq üçün də yaşıl işıq yandırdıq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri AB-nin baş diplomatı Jozep Borrell deyib.

“Mən çox şadam ki, biz Ermənistanın çoxdan gözlədiyi və Ermənistanla tərəfdaşlığımızı gücləndirəcək iki qərarı qəbul edə bilmişik”, - deyə o bildirib./axar.az/