📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Safurənin İstanbuldakı evini su basdı

2026-10-15 16:51:01

Safurənin İstanbuldakı evini su basdı

Məlum olduğu kimi, ötən gündən etibarən güclü leysan İstanbulu iflic vəziyyətinə salıb.

Hurriyyet.net  xəbər verir ki, "Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva şəhərdəki vəziyyəti əks etdirən görüntüləri sosial media hesabında yayımlayıb.

İfaçı artıq evini su basdığını bildirib.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var və hazırda İstanbulda yaşayır.