📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şagirdin güllələdiyi "İdrak" liseyinin müəllimi xəstəxanadan evə buraxılıb

2026-02-17 12:26:00

Şagirdin güllələdiyi

Fevralın 6-da Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq KTM-in Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Qeyd edək ki, fevralın 6-ı "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ,Şəhla Kamilovanı ov tüfəngi ilə vurub.