📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

2025-06-23 19:20:23

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.