📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahbuzda avtomobil qaz xəttinə çırpıldı, abonentlər qazsız qaldılar

2025-12-27 16:19:14

Şahbuzda avtomobil qaz xəttinə çırpıldı, abonentlər qazsız qaldılar

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.

Hurriyyet.az xəbər verir ki, rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.