📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahdağa və Gədəbəyə dolu düşüb

2024-06-01 15:32:08

Şahdağa və Gədəbəyə dolu düşüb

İyunun 1-i saat 15:00-a olan məlumata əsasən, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

modern.az