📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sahib Məmmədov şöbə müdirini işdən çıxardı - Cəbrayılova-Ərdoğana vəzifə verildi

2026-02-24 11:24:40

Sahib Məmmədov şöbə müdirini işdən çıxardı - Cəbrayılova-Ərdoğana vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Maliyyə şöbəsinin müdiri dəyişib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səadət Zakir qızı Hasilova Maliyyə şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Digər əmrlə isə onun yerinə Aynur Yaşar qızı Cəbrayılova-Ərdoğan təyin olunub.