📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sahil Babayev Səlim Müslümovun kadrına yeni vəzifə verdi - FOTO

2021-08-31 10:24:00

Sahil Babayev Səlim Müslümovun kadrına yeni vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin sabiq müdiri Çingiz Əliyev yeni vəzifəyə təyin olunub.

HURRİYYET.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Çingiz Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, Çingiz Əliyev həbsdə olan sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaxın kadırı kimi tanınıb. Keçmiş nazirin dövründə Dövlət Sosial Təminat Xidmətinin rəisi olub.