📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)

2022-08-24 19:11:00

Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifədən azad edilib.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə, idarənin rəis vəzifəsinin icrası  Bakı Baş Gömrük İdarəsini rəisinin 1-ci müavini Faiq Seyidova həvalə edilib. 

Qeyd edək ki,  P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib. O, sabiq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.

 

 

Xaırladaq ki, bu barədə ilk məlumatı gununsesi.info yayıb.