📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ŞAHİN BAĞIROV POLKOVNİKİ İŞDƏN ÇIXARDI - 32 ildi idarə rəisi işləyirdi + FOTO

2024-03-06 12:13:07

ŞAHİN BAĞIROV POLKOVNİKİ İŞDƏN ÇIXARDI - 32 ildi idarə rəisi işləyirdi + FOTO

Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi təqaüdə göndərilib.

Hurriyyet.az xəbər verir ki, "qaynarinfo"-nun verdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Hüquqi təminat idarəsinin rəisi polkovnik Sənan Əli oğlu Muxtarov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Sənan Muxtarov qaynarinfo-ya açıqlamasında təqaüdə göndərildiyini təsdiqləyib.

Qeyd edək ki, Sənan Muxtarov 1992-cı ilin iyul ayından, yəni 32 il Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi vəzifəsində işləyib.