📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahin Mustafayev Overçukla Azərbaycan-Rusiya sərhədinə getdi - Foto

2022-10-27 10:40:00

Şahin Mustafayev Overçukla Azərbaycan-Rusiya sərhədinə getdi - Foto

Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqələrinə baş çəkiblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Mikayıl Cabbarov öz tviter hesabında paylaşıb.

“Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digər həmkarlarla birlikdə Azərbaycan-Rusiya sərhədində bir neçə gömrük-sərhəd buraxılış məntəqəsində olduq, görüşlər keçirdik. Məntəqələrdə infrastrukturun modernləşdirilməsi, iki ölkə arasında iqtisadi əlaqələr barədə müzakirələr apardıq”, - deyə nazir paylaşımında qeyd edib.