📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahramanyanı Qarabağdan sülhməramlılar qaçırıb – Özü açıqladı

2023-10-31 15:53:06

Şahramanyanı Qarabağdan sülhməramlılar qaçırıb – Özü açıqladı

Özünü buraxmış qondarma “Artsax” separatçılarının sonuncu “prezident”i Samvel Şahramanyan verdiyi müsahibədə Qarabağı necə tərk etməsindən danışıb.

Hurriyyet.az xəbər verir ki, Şahramanyan Rusiya sülhməramlı kontingentinə məxsus vertolyotla Qarabağı tərk etdiyini bildirib.

Şahramanyan deyib ki, ondan əvvəl qondarma “Artsax”ın “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın da helikopterlə Ermənistana getməsi üçün danışıqlar aparılıb, lakin Azərbaycan tərəfi buna razı olmayıb.

Azmedia.info.az