📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahruddin həmin səhvini yenə təkrarladı - VİDEO

2024-01-07 00:29:15

Şahruddin həmin səhvini yenə təkrarladı - VİDEO

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə superliqasının 19-cu turunda “Başakşehir”lə qarşılaşıb.

Hurriyyet.Az Metbuat.Az-a istinadla xəbər verir ki, Şahruddin bu qarşılaşmada kobud səhvi ilə yadda qalıb. Belə ki, o matçın 71-ci dəqiqəsində qapıçı meydançasından topu səhvən rəqib klubun futbolçusuna ötürüb. Həmin futbolçu Ş. Məhəmmədəliyevin bu səhvini fürsətə çevirərək, qol vurub.

Lakin, hakim həmin qolu qeydə almayıb. Çünki, “Başakşehir”in futbolçuları topdan öncə cərimə meydançasına daxil olublar.

Qeyd edək ki, oyun qolsuz bərabərliklə başa çatıb.