📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahruddin "Neftçi"nin futbolçusunu hədələdi: "Görərsən!" - VİDEO

2022-10-01 20:22:00

Şahruddin

Misli Premyer Liqasının VIII turunun "Qarabağ" - "Neftçi" matçında komandalar arasında gərginlik olub.

Olaraq oyunun 76-cı dəqiqəsində Eddi İsrafilov top mübarizəsində Ozobiçi yerə yıxıb. Bundan sonra Julio Romao İsrafilovu itələyib. Hər iki komandanın futbolçuları aranı sakitləşdirib.

İkinci dəfə isə 91-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev və rəqib futbolçu Voyislav Stankoviç arasında dava düşüb. "Qarabağ"ın qapıçısı Stankoviçə "görərsən", söyləyib. "Neftçi"nin oyunçusu isə "gəl", deyə cavab verib.

Həmin görüntüləri təqdim edirik:

 

 

Offsideplus.az