📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü - Foto

2026-09-23 15:27:16

Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü - Foto

“Qarabağ”ın futbolçusu Şahruddin milli komandalar üçün yaranmış fasilədən istifadə edərək Səudiyyə Ərəbistanına yollanıb.

Hurriyyet.media  xəbər verir ki, yığmaya dəvət almayan qolkiper bu ölkədə sabiq komanda yoldaşı Abdullah Zubirlə görüşüb.

Səudiyyə Ərəbistanının “Əl-Uroba” klubunda çıxış edən Zubir fotonu “Instagram” hesabında paylaşıb.

Qeyd edək ki, A.Zubir bu yay “Qarabağ”dan “Əl-Uroba”ya keçib.