Şahzadə Harri hərbi xidmətdə 25 nəfəri öldürdüyünü ETİRAF ETDİ
2023-01-06 10:56:00
Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə şahzadənin yanvarın 10-da işıq üzü görəcək memuarlarında qeyd olunub.
“Mən həmişə dəqiq deyə bilərdim ki, neçə düşmən kombatantı öldürdüm... Deməli, mənim sayım 25-dir. Bu, məni qane etmədi, amma utanmadım”, - o bildirib.
Britaniya şahzadəsi Əfqanıstanda iki müddət xidmət edib.
Bizim.Media