📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahzadə Harri keçmiş sevgilisindən niyə ayrılıbmış? - ŞOK SƏBƏB

2023-06-09 10:36:00

Şahzadə Harri keçmiş sevgilisindən niyə ayrılıbmış? - ŞOK SƏBƏB

Şahzadə Harri 132 ildən sonra Britaniya kral ailəsinin məhkəmədə ifadə verən ilk üzvü olub. Şahzadə “Mirror Group Newspapers”ə qarşı ittiham irəli sürərək, jurnalistlərin onu qanunsuz olaraq izlədiyini bəyan edib.

Hurriyyet.az xəbər verir ki, şahzadə eyni zamanda keçmiş sevgilisindən ayrılmasına görə mətbuatı ittiham edib. Onun sözlərinə görə, jurnalistlər onun tanışlarının telefonlarının kodunu sındıraraq, özəl detektivləri işə cəlb ediblər. Beləliklə, keçmiş sevgilisi Çelsi Devi "kral həyatı mənim üçün deyil", - deyə onu tərk edib.

Cütlük 2004-cü ildə tanış olub və 2010-cu ilin ortalarına qədər münasibətdə olub.

Harri ifadəsində iddia edir ki, hər dəfə kiminləsə münasibətdə olarkən, onun seçdiyi şəxs “təkcə onunla deyil, hər şeyi məhv etməyə çalışan bütün tabloid mətbuatı ilə münasibətə girib”.

Bundan əvvəl şahzadə Harri bildirib ki, Britaniya kral ailəsi onun mobil cihazlarının dinlənilməsi ilə bağlı məlumatı ondan qəsdən gizlədib.

Musavat.com