📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şair Yusif Həsənbəy haqqında etüdlər

2021-09-28 09:54:00

Şair Yusif Həsənbəy haqqında etüdlər

Mən görkəmli şair Yusif Həsənbəy haqqında xatirələrdən danışmaq istəmi­rəm, onun poeziyasına ötən əsrin 60-cı illərindən tanışam, o vaxt tələbə idim. Hə­yat elə gətirdi bu gün XXI əsrdə şairin poeziyasının bəzi məqamlarını araşdırdım və onu şeirmizdə özünəməxsus yerini bir daha təsdiqlədim. Xüsusilə, poeziya haq­qın­­da proqnoz vermək çətin məsələdir, çünki bu poetik fenomen yazardan da asılı ol­­mur. İlahidən kodlaşmış möcüzədir. Baş tutmaya da bilir.

Yusif Həsənbəy ədəbi prosesdə də öz sözünü deməkdən çəkinməyən şəxsiy­yət­­dir. Haqsız mübahisələrə qarşı dözülməzdir – belə tanımışıq. Təbii ki, illər öz işi­­ni görür, yaşın üstünə yaş gəlir, lakin təsirsiz ötmür, bir şərtlə, o insanın daxi­lin­də, şüurunda xalq, Vətən məhəbbəti, solmayan sevgi olsun. Bir də gəncliyində ne­cə yazıbsa kökdən düşməsin. Bu hisslərin ən bariz nümunəsini cəsarətlə deyərdim ki, Yusif Həsənbəydə görürük...

Şairdə poetik ehtiras – varlığında yaşayan sevgi fenomeninə sadiqlikdir.

Bir neçə il öncə şairin “Qayıda bilmərəm, gözləmə məni” şeiri çap olundu, yük­­sək səviyyədə qarşılandı və buna səbəb nəydi? Şeirdə mübhəm açarmı, qüdrət­mi vardı bu ölməz şeiri yazmağa vadar etdi? Məhəbbətin ölməzliyi – yunan filo­sof­­la­rın diliylə desək: erotomiyamı – ağılsız məhəbbətmi? O sevgidir insanı ömrü bo­­yu əxlaqa, gözəlliyə çağırmışdır – iztirab içində.

 

Bahar da qayıdar, qış da qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

Uçqun yuvasına quş da qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

 

Yusif Həsənbəy sədaqətini, ülviliyini qorumaq naminə poeziyanın ən kövrək və kontrast imkanlarını gerçəkləşdirmişdir: epitetlər, poetik assosiasiyalar, zərif nüans­­lar məhəbbətin bakirələyini işıqlandırır. Yusif Həsənbəy məhəbbətin fəlsəfə­si­­ni özünün fərdi yaşantıları ilə reallaşdırmaqla unikal şeirini təqdim etmişdir.

Yusif Həsənbəy poeziyası həmişə təkamüldə olmuşdur, bu günümüzün mü­rək­­kəb psixoloji – sosial tarazlığın ziddiyyətli şəraitində onu narahat edən, düşün­dü­­rən şeirlər, poemalar qələmə alır, həqiqəti özündə, varlığında və poeziyasında ta­pır, çünki onun poeziya dünyası fizikanın “qravitasiya” – cazibə qüvvəsi ilə poetik adek­­vat yaradır. 2019-cu ildə çapdan çıxmış “Göy qurşağı – cənnət qapısı” kitabı fik­­rimin təsdiqi ola bilər. Kitabda toplanmış şeirllər, poemalar, povestlər dövrün ic­ti­­mai – mənəvi proseslərini özündə ehtiva edir. Şair Ulu Öndərə həsr etdiyi şeirlə­ri­ni və poemalarını həqiqətin mövcudluğu kimi qələmə almışdır. “Karvan” poeması məz­­mun baxımından siyasi bir hadisənin: Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gə­­lişi münasibətilə qələmə almışdır. Bu əsərdə Yusif Həsənbəyin ədəbi – bədii təc­rü­­bəsi və duyum həssaslığı özünü göstərir.

“Bakıya gəmi gəlir” poeması poetik təəssüratın təsirilə yazılmış, tarixi ha­di­sə­­nin subyektidir. Məlumdur ki, şair Yusif Həsənbəy uzun illər dənizdə üzmüşdür, okean­lardan okeanlara adlamışdır. Bu dəfə isə şair daha dənizçi deyil, Bakıdadır və sa­hildən “Prezident Heydər Əliyev” gəmisini seyr edir:

 

Gəmi gəlir, yollarında,

Nə bir çiçək, nə bir duman!

Qollarını öz sevimli övladına

Geniş – geniş açır Bakı –

Doğma liman.

Yusif Həsənbəy bir şair, nasir, dramaturq olmaqla öz üslubuna sadiq sənət­kar­­dır, sağlam hissiyyatı ilə yazır. Vaxtilə şairin yaradıcılığı barədə dediyim sözləri oxu­­culara çatdırıram: “Bədii əsərin ayrı-ayrı elementləri, nüansları bir-birilə dəs­tə­də­­ki güllər kimi yox, çiçəklənmiş bitkinin hissələri kimi birləşirlər”.