Sakaryadan möhtəşəm xəbər! Türkiyə iqtisadiyyatı üçün yeni dövrün başlanğıcı
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin Sakarya qaz yatağında sürətli iş gedir. Qara dənizin təbii qazının 2023-cü ildə Türkiyə sakinlərinə çatdırılması üçün işlər sürətləndiriləcək. İlkin mərhələdə 10 quyudan gündə 10 milyon kubmetr təbii qaz əldə edilməsi gözlənilir.
Bəlli olduğu kimi, Türkiyədə 2020-ci ilin baharında Qara dənizdə 540 kubmetrlik qaz yatağı kəşf edilib. Yeni kəşflər üçün axtarış-qazma işləri davam edir. Kəşf edilən ehtiyatların istismar edilməsi üçün hazırlanan proqram planlaşdırıldığı kimi həyata keçirilir.
Gələn il Qara dənizin dibi ilə 169 kilometrlik boru xəttinin çəkilməsinin tamamlanması nəzərdə tutulub. 2023-cü ildə isə qazın yaşayış məntəqələrinə çatdırılması planlaşdırılır. Qara dənizin qaz ehtiyatının 2027-ci ildə ən yüksək istehsal səviyyəsinə çatması planlaşdırılır. Qara dəniz qazı vasitəsi ilə Türkiyənin illik qaz ehtiyarının üçdən birinin ödənəcəyi proqnozlaşdırılır. Sakarya qaz yatağında 40 quyu qazılacaq. İlk 10 quyudan ümumilikdə gündəlik 100 milyon kubmetr qaz əldə edilməsi nəzərdə tutulub.
Hürr Tərcüman