Sakinlər narazılıq etdi, “Azəriqaz” müjdələdi
2021-09-17 14:25:00
Cəlilabad rayonunun Buravar kəndinin qaz problemi illərdir davam edir. Kənd əhalisi məcburiyyətdən ətraf ərazidə yerləşən meşə zolağındakı ağacları kəsib odun kimi istifadə edir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Buravar kənd sakinləri məlumat veriblər.
Məlumatda qeyd olunub ki, atıq kənd ətrafında meşə sahəsi məhv olmaq üzrədir, ağacların yerində kol-kos qalıb.
Məsələ ilə bağlı saytımıza “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən açıqlamada bildirilib ki, 2023-cü ilə qədər bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulub:
“Buravar kəndinin də qazlaşdırılması istisna deyil. Hətta böyük ehtimalla gələn ilin ilk rübündə həmin kənd qazlaşdırılacaq”.