📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sakinlər yolu bağladı: İcra Hakimiyyətinə və bələdiyyəyə etiraz – VİDEO

2022-07-21 09:55:00

Sakinlər yolu bağladı: İcra Hakimiyyətinə və bələdiyyəyə etiraz – VİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsinin sakinləri yolu bağlayaraq etiraz edib.

Hurriyyet.az-ın məlumatına görə, sakinlərin etirazına səbəb küçədə qaz, su və yol problemi olub.

Sakinlər bildiriblər ki, heç kim problemlərlə maraqlanmır.

Şikayətçilər Suraxanı rayon İcra Hakimiyyəti, Hövsan bələdiyyəsi, ərazi üzrə icra nümayəndəsi və digər aidiyyəti qurumlara, şəxslərə etdikləri müraciətlərin nəticəsiz qaldığına görə yolu bağladıqlarını bildiriblər.