📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sakit okeanda güclü zəlzələ baş verdi

2023-03-07 20:58:00

Sakit okeanda güclü zəlzələ baş verdi

Sakit okeanda Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 14 min insanın yaşadığı Kavienq şəhərindən 73,1 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdə əmələ gəlib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.\\Axar.az