📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Salahla meydana çıxan uşağın həyatı təhlükədə: "Çirkinlər" biznesmen atadan bir milyon istədilər

2026-10-29 16:10:45

Salahla meydana çıxan uşağın həyatı təhlükədə:

Türkiyəli iş adamı Nevzat Aydın oğlunun "Trabzonspor" - "Beşiktaş" matçından əvvəl meydançaya çıxması üçün 100 milyon lirə (təxminən 3 milyon 410 min manat) ödəməsi ilə bağlı yayılan xəbərlərdən sonra polisə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.

Məlumata görə, sahibkar "Çirkinler" adlı cinayətkar qruplaşmanın üzvü olduğunu iddia edən şəxs tərəfindən zəng edildiyini və ondan bir milyon avro tələb edildiyini bildirərək şikayətçi olub.

İş damı pulu verməyəcəyi təqdirdə övladının öldürüləcəyi ilə hədələndiyini vurğulayıb. Nevzat Aydın oktyabrın 28-də axşam saatlarında mesencer vasitəsilə +30 kodlu Yunanıstan nömrəsindən zəng gəldiyini qeyd edib.

İş adamı hədə-qorxuların oktyabrın 22-də oğlunun "Trabzonspor" - "Beşiktaş" oyununun açılış mərasiminə meydan sahiblərinin məşhur futbolçusu Məhəmməd Salahla birgə çıxmasından sonra başladığını diqqətə çatdırıb. Övladının bu mərasimdə iştirakı üçün 100 milyon lirə verdiyi barədə iddiaların mətbuatda yer almasından sonra təhdid edildiyini deyən sahibkar, həmin xəbərləri yayan şəxslərlə bağlı da şikayət hüququnu özündə saxladığını ifadə edib.