📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Saleh Rüstəmli aclığı dayandırıb" - ADİL QEYBULLA

2021-12-16 15:17:00

Həbsdə olan Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli aclığı dayandırıb.

Hurriyyet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında onu müayinə edən həkim, professor Adil Qeybulla deyib. A. Qeybulla bildirib ki, hazırda onun yanından gəlir: "Mənim və qardaşının təkidi ilə Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı. Bundan sonra onun səhhətinin yaxşılaşması istiqamətində müalicələr aparılacaq".

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

YƏHYA