Sallivan: Bayden Türkiyəyə F-16 verilməsini dəstəkləyir
ABŞ prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə tədarükü ideyasını dəstəkləyir. Bunu ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, prezident Bayden bir neçə aydır F-16-ların Türkiyəyə təhvil verilməsinin tərəfdarı olduğunu açıq və birmənalı şəkildə bildirib ki, bu, ABŞ-ın milli maraqlarına uyğundur. Sallivan əlavə edib ki, Türkiyənin potensialının artırılması NATO-nun maraqlarına uyğundur.
Öz növbəsində ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də bildirib ki, ABŞ Türkiyəyə F-16 qırıcılarının tədarükünü dəstəkləyir və Ankaranın Aİ-yə daxil olmaq istəyini bəyənir. "Anadolu Ajansi" xəbər verir ki, o, eyni zamanda İsveçin Şimali Atlantika Alyansına üzv olması və Türkiyəyə F-16 təyyarələrinin satışının iki ayrı məsələ olduğunu vurğulayıb.
Ülviyyə, Hurriyyet.az