📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu - Video+Yenilənib

2022-08-13 09:47:00

Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu - Video+Yenilənib

Hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. 

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxs səhnəyə qaçaraq Rüşdi və ondan müsahibə alan müxbirə hücum edib. Şübhəlinin yazıçıya 10-15 bıçaq zərbəsi endirib.

“Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib”, - ştat polisi bildirib.

Müxbirin yüngül kəllə-beyin travması aldığı bildirilir.

***

Hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O, danışa bilmir. Onun qaraciyəri zədələnib. Rüşdi gözünü itirə bilər.

***

Hüquq-mühafizə orqanları yazıçı Salman Rüşdiyə hücumda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. O, Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matardır.