Salome Zurabişvili və Nikol Paşinyan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər
2021-09-08 23:02:00
Gürcüstan prezidenti Salome Zurabişvilinin erməni baş nazir Nikol Paşinyanla görüşü keçirilib. Bu barədə Gürcüstan prezidenti Administrasiyasının mətbuat xidməti xəbər verir.
Məlumata görə, tərəflər regionda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Regional əməkdaşlıq potensialının inkişafı və istifadəsinin mühümlüyü vurğulanıb.
Ülviyyə Şükürova
Hurriyyet.az