Salyanda ağır qəza - Ölənlər var - Foto
2026-01-05 18:00:34
Bu gün Salyan rayonunda ağır yol qəzası baş verib.
Hurriyyet.az “Report”a istinadən xəbər verir ki, rayonun Noxudlu kəndi ərazisində avtomobillər toqquşub.
Nəticədə Sabirabad rayon sakinləri - 1965-ci il təvəllüdlü Vüqar Həsənqulu oğlu İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədhüseyn oğlu Məmmədov həlak olub.
Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri - 1985-ci il təvəllüdlü Mirzağa Həbib oğlu Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Fərhad qızı Məmmədova, onların qızı 2011-ci il təvəllüdlü Fatimə Mirzağa qızı Məmmədli və qəzada ölən V.İmanovun oğlu 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur.
Faktla bağlı araşdırma aparılır.

